Şadlıq sarayında toy zamanı yanğın oldu - VİDEO

HADİSƏ
12:13 / 21.05.2025
64
Bakıda yerləşən tanınmış şadlıq saraylarından birində yanğın baş verib.
 
HİT.az-ın Manset.az-a istinadən məlumatına görə, hadisə mayın 20-də saat 19:35 radələrində paytaxtın Sabunçu rayonunda yerləşən "Louvre Palace” şadlıq sarayında qeydə alınıb. Yanğının mətbəx sahəsində başladığı bildirilir.
 
Hadisə zamanı şadlıq sarayında eyni anda iki toy mərasimi keçirilirmiş.
 
Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb. İlkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.
 
Yanğının səbəbləri araşdırılır.

0