Direktorun müəllimi təhdid edib? - Araşdırma başladı

HADİSƏ
18:00 / 21.05.2025
58

Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktorunun səs yazısı olduğu iddia edilən məsələ ilə bağlı araşdırma aparılacaq.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

"Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır", deyə BŞTİ-dən bildirilib.

Qeyd edək ki, sosail şəbəkələrdə yayılan səs yazısının 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyevaya aid olduğu iddia edilir. Bildirilir ki, direktor vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə məktəbin müəllimi Lalə Şəfaqətovanı təhdid edərək keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyə məcbur edir.

0