Rusiya vətəndaşı Bakıya gələrkən təyyarədə öldü

09:52 / 22.05.2025
452

Rusiya vətəndaşı təyyarə ilə Bakıya eniş edən zaman ölüb.

HİT.az "Report"a istinadla xəbər verir ki, Rusiya Federasiyasının vətəndaşı, onkoloji xəstəlikdən əziyyət çəkmiş Esmira Məlik qızı Rəhmanova Surqut-Bakı reysini həyata keçirən təyyarə ilə Bakı şəhərinə eniş zamanı vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

0