Qonşusu ilə dalaşan məktəb direktoru cərimələndi

HADİSƏ
20:57 / 24.05.2025
38

Qəbələ rayonunda qonşusu ilə münaqişə yaşayan Kəlbəcər rayon İstisu qəsəbə sakini 1964-cü il təvəllüdlü Kamil İsmayılov inzibati məsuliyyətə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Qəbələdə fəaliyyət göstərən Kəlbəcər Rayon 31 saylı orta məktəbin direktoru olan K.İsmayılova İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.

Belə ki, K.İsmayılovun qonşusu ondan şikayət edərək icazəsiz olaraq həyətinə daxil olduğunu və onları söydüyünü, evdə olan qızı ilə nəvəsinin qorxu keçirməsinə səbəb olduğunu bildirib. Barəsində şikayət edilən şəxs isə qonşunun övladının dostları ilə birgə onun evinə tez-tez daş atdığını, pəncərəni və evin dam örtüyünü sındırdığını deyib. O, bu məsələ ilə əlaqədar qonşuluqda yaşayan ailəyə irad bildirmək məqsədilə həyətlərinə getdiyini qeyd edib.

Qəbələ Rayon Məhkəməsi məktəb direktorunu qeyd edilən protokol üzrə təqsirli bilərək 100 manat cərimə edib və o, sərbəst buraxılıb.
 

0