Çoxalma üçün Xəzərin şimalına üz tutdular, cənuba qayıdanda isə bir çoxunun cəsədi sahilə çıxdı.
Xezerxeber.az xəbər verir ki, söhbət bu günlərdə xəzərin həm Qazaxıstan, həm də Pirşağı sahilində tapılan ölü suitilərindən gedir.
Cəsədləri görən sakinlər deyirlər ki, onlarla dənizə çimməyə gedərkən qarşılaşıblar.
Ekoloqlar bildirirlər ki, Xəzər dənizində suitilərinin ölümü müntəzəm baş verən hadisədir.
Ekoloq onu da qeyd edib ki, Xəzər suitisi dünyada ən kiçik suiti növüdür. Bu cür hallara Mərdəkan, Novxanı istiqamətlərində də rast gəlmək mümkündür. Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev isə deyir ki, suiti cəsədləri Xəzərin suyunu çirkləndirmir. Bu ölüm halları kiçik həcmdədir. Xəzər dənizi xüsusiyyətinə görə öz-özünü təmizləyir.
Ona görə də çimərlik mövsümündən əvvəl dəniz suyunun bu cəsədlər səbəbindən çirklənməsi ilə bağlı narahatlığa əsas yoxdur.