Lerikdə meşədə narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı

HADİSƏ
13:02 / 28.05.2025
101

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 55 yaşlı Hidayət Zaidov saxlanılıb.

Bu barədə HİT.az-a Daxili İşlər Nazirliyinin ((DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Verilən məlumata görə, onun yaşadığı evin həyətində və rayonun Qılqılov kəndindəki meşəlik ərazidə xüsusi qulluq göstərərək yetişdirdiyi ümumilikdə 321 ədəd çətənə bitkisi, əlavə olaraq bir ədəd qanunsuz saxladığı "İJ" markalı ov tüfəngi aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

0