İyunun 3-nə kimi qar uçqunu gözlənilir

HADİSƏ
17:22 / 29.05.2025
82

Temperaturun yüksəlməsi fonunda iyunun 3-nə kimi yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı mövcuddur.

HİT.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı xəbərdarlıqda bildirilib.

“Bununla əlaqədar nazirlik vətəndaşları göstərilən müddətdə yüksək dağlıq ərazilərə səfərlərdən çəkinməyə, belə bir zərurət yarandıqda isə müvafiq təhlükəsizlik qaydalarına əməl etməyə, o cümlədən qar uçqunu ehtimalı olan yerlərdən, habelə dik yamaclardan kənar gəzməyə çağırır”, - məlumatda qeyd olunub.

0