Lənkəranda qətl hadisəsi baş verib. Hadisə Vilvan kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1957-ci il təvəllüdlü Vəliağa Səbziyevin meyiti otlaq sahəsində aşkarlanıb.
Məlumata görə, o, mal-qarasını gətirmək üçün örüş sahəsinə gedib. Gecə olsa da, onun sahədən qayıtmadığını görən yaxınları axtarış zamanı V.Səbziyevin meyitini sahədə yol üstündə aşkarlayıb. Kəsici-deşici alətlə öldürülən V. Səbziyevin qətlinin kim və ya kimlər tərəfindən törədilməsi məlum deyil. Faktla bağlı rayon prokrorluğunda araşdırma başlanılıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən mərhumun qardaşı oğlu 2000-ci il təvəllüdlü Elşən Hüseynzadə ölkəni tərk etməyə cəhd edərkən polis əməkdaşları tərəfindən saxlanılıb. O, istintaqa təhvil verilib.