Paytaxt sakininin idarə etdiyi avtomobildən silah-sursat aşkarlanıb.
HİT.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polisin keçirdiyi tədbir nəticəsində paytaxt sakini olan bir nəfərin idarə etdiyi avtomobildən avtomat silahı və 5 patron tapılaraq aşkarlanıb.
Nərimanov rayonu ərazisində yerləşən evlərdən birinin qarşısından da 1 ədəd avtomat silahı tapılıb.
Bundan başqa, 30 yaşlı paytaxt sakini tapdığı 1 avtomat silahı, 2 patron darağı və 22 patronu polisə könüllü təhvil verib.
Hər bir fakt üzrə araşdırma aparılır.