Kimlər daha çox intihar edir?

HADİSƏ
22:34 / 02.06.2025
82

Ötən illərə nisbətən intihar edənlərin sayı artıb. 

İntihar edənlər arasında gənclər, yeniyetmələr üstünlük təşkil edir.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, özünü öldürmə-suiqəsd müasir cəmiyyətin qlobal problemidir:

 “Həyat təcrübəsi olmayan, psixi durumu hələ bərkiməmiş belə yeniyetmələr həddi buluğ həyatına başlarkən yaranmış problemli situasiyalara son dərəcə emosionallıqla reaksiya verir və düzgün olmayan qərar qəbul etməklə həyatını təhlükəyə atırlar.

Həyatla vidalaşmağa aparan əsas səbəblərdən biri yoxsulluq, işsizlik, ağır xəsətliklərə məruz qalma,evdə-ailədəki problemləri həll edə bilməmək, həyatdan doymaq və s.aid edilir.

Lakin özünə qəsdlərin 80% şəxsin psixikasında ciddi çatışmazlıqlar, əsəb gərginliyi yaşanan, alkoqol və narkomanlığa aludə olanlar arasında baş verir.  

Uğursuz sevgi həyatı, boşanmalar, yaxın adamın ölümü, münaqişələr, işdə çətinliklər bu səbəblərdəndir.

 Çox təəssüf ki, hamı özündə güc və iradə tapıb həyatın qeyri-adi çətinlikləri qarşısında tab gətirə bilmir, yaşanan problemləri həll etmək bacarığında olmur”.

Sevinc

0