İtkin kimi axtarılırdı, meyiti tapıldı - FOTO

HADİSƏ
21:56 / 03.06.2025
99

Lerikdə 3 gündür itkin kimi axtarılan kişinin meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, 1990-cı il təvəllüdlü rayon sakini Şahin Musa oğlu Şərifovun meyiti çayın kənarında, 70 metr dərinlikdəki dərədə tapılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.

374998

0