Sabirabadın Muğan Gəncəli kəndində bir ailənin dörd üzvünün öldüyü yanğının təfərrüatları məlum olub.
Hadisə zamanı 36 yaşlı Tural İmanov, onun 23 yaşlı həyat yoldaşı Safalı İmanova və övladları - 5 yaşlı Osmanbəy İmansoy, eləcə də bir yaşlı Esma İmansoy həlak olublar. Tural İmanovun anası - 69 yaşlı Bahar İmanova və qardaşı - 42 yaşlı Ruslan İmanov isə yanğından xilas ola biliblər.
Məlumata görə, onlar Bakıda yaşayırlar və həmin gün kəndə qonaq gəliblərmiş. "Uşaqlardan biri qonşu kənddə nənəsigildə idi. Ailənin digər üzvləri faciəli şəkildə həyatını itirdi", - deyə yanğında ölən şəxslərin qohumu Vəzir Mustafayev bildirib.
Hadisə şahidi Tural Səxavətov da jurnalistlərə açıqlama verib. "Atam gəlib dedi ki, qonşunun evi yanır. Gedəndə gördüm ki, Turalın anası ilə qardaşı pəncərədən tullanıb", - o deyib.
Ətraflı Baku TV-nin süjetində: