Tovuzda bir qadın öldürülü, biri xəsarət aldı - Ev yandırıldı

HADİSƏ
16:04 / 06.06.2025
72

Tovuz rayonunda mübahisə zəminində bir nəfər qətlə yetirilib, daha bir nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Tovuz rayonunda mübahisə zəminində bir qadının qətlə yetirilməsi, bir qadının isə xəsarət almasından sonra yaşayış evi yandırılıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Tovuz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub yanğın söndürülüb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

0