Maşın kanala aşdı, 5 nəfər xəstəxanalıq oldu - FOTO

HADİSƏ
14:14 / 07.06.2025
60

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər xəsarət alıb.

HİT.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə-Günəşli yolunda qeydə alınıb.

“Ford” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı kanala aşıb. Əraziyə FHN-in xilasediciləri cəlb olunub.

Maşında olan 6 nəfərdən (4 qadın, 2 kişi) 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Onlardan 3-ü ambulator müalicə üçün evə buraxılıb. İki nəfərin müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

375231

0