Goranboyda həkim maşınla 11 yaşlı qızı vurdu - VİDEO

HADİSƏ
16:00 / 08.06.2025
48

Goranboy rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsibaş verib. 

“Qafqazinfo” xəbər verir ki, Qızılhacılı qəsəbə sakini Kəmalə Abdullayeva “Nissan” markalı avtomobili idarə edərkən 2014-cü il təvəllüdlü Zeynəb Bayramovanı vurub. 

11 yaşlı qız müxtəlif bədən xəsarətləri alıb. Hazırda vəziyyəti kafidir. 

Hadisəni törətməkdə şübhəli bilinən K.Abdullayevanın Goranboy rayon Mərkəzi Xəstəxanasında həkim işlədiyi bildirilir.

0