Yenicə istifadəyə verilmiş Sumqayıt-Saray körpüsünün bəzi hissələrində çökmə hadisəsinin baş verdiyi ilə bağlı "Mediatürk TV"nin aparıçısı Səidə Bəkirqızı məlumat yayıb.
Modern.az məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə əlaqə saxlayıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli saytımıza açıqlamasında bildirib ki, Abşeron rayonun Saray qəsəbəsini Sumqayıt şəhəri ilə birləşdirən körpüdə hər hası problem yoxdur:
"Körpü ilə bağlı yayılmış məlumat yalandır, dezinformasiyadır. Körpüdə hər-hansı bir problem yoxdur."