“Avtoşluq” etdiyi videosunu yaydı, 15 sutkalıq həbs olundu - VİDEO

HADİSƏ
11:42 / 10.06.2025
79

Magistral yolda avtoxuliqanlıq edən şəxs saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, Baş DYP İdarəsinin Yol Patrul Xidməti Alayının keçirdiyi tədbirlərlə “VAZ 2107” markalı avtomobilin sürücüsü Mahir Namiq oğlu Məmmədlinin Ələt-Astara magistral avtomobil yolunda ictimai qaydanı kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyinə dair sübutlar toplanıb.

Araşdırma zamanı məlum olub ki, M.Məmmədli nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edib və həmin təhlükəli hərəkətləri videoya çəkərək sosial şəbəkələrdə yayımlayıb. Onun törətdiyi hərəkətlər digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıb.

Toplanmış materiallar məhkəməyə təqdim olunub və məhkəmənin qərarı ilə Mahir Məmmədli 1 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib, eyni zamanda 15 sutka inzibati qaydada həbs olunub.

 

0