İndi heç bir evi internetsiz təsəvvür etmək olmur.
Demək olar ki, böyük əksəriyyətin evində "Wi-Fi" aparatı var. Ancaq dünya alimləri israrla iddia edir ki, həmin 'Wi-Fi" aparatları insan orqanizmi üçün zərərli şüalar yayır.
Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, yüksək tezlikli şüalar orqanizmdə hüceyrələrin bioritmini poza bilir:
"Ən təhlükəlisi ionlaşdırıcı şüalardır ki, bunlar radioaktiv şüalardır. Alfa, Beta, Qamma şüalardır.Elektromaqnit şüaları şişlərin yaranmasına, yaddaş pozğunluğuna və beyinə zədə vuracaq digər nəticələrə də gətirib çıxarır. Bu şüalar insanın təbii enerji sahəsinə ziyan vurur, stressə səbəb olur, ürək bulanması, baş ağrısı, yorğunluq yaradır. Xüsusilə, hamilə qadınların wi-fi olan yerdən uzaq durması məsləhətdir. Wifi şüası uşaqlar üçün daha təhlükəlidir. Məlumdur ki, yaşından asılı olmayaraq bu gün insanların əksəriyyəti miqrendən əziyyət çəkir və miqrenin şiddətlənməsinin ilkin səbəbi elə kabelsiz bağlantı sistemidir. Daimi olaraq şüaya məruz qalan insan orqanizmi buna dözmədiyi üçün ilkin siqnal kimi küt ağrılar və halsızlıqla özünü göstərir".
Sevinc