Naxçıvanda ağır qəza: Məmur və ər-arvad öldü - FOTO

HADİSƏ
13:00 / 29.06.2025
64

Naxçıvanda ağır yol nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndinin ərazisindən hissəsində qeydə alınıb.

Belə ki, 75-TA-349 dövlət nömrə nişanlı "NAZ Lifan" markalı avtomobillə 68-BD-131 dövlət nömrə nişanlı "QAzel" markalı avtomobil toqquşub. Qəzada 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə Daxili İşlər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Artıq qəzada ölən və xəsarət alanların kimliyi məlum olub. Bu barədə Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimi Əlisahib Həsənli məlumat verib.

O bildirib ki, qəzada hamilə qadın, Qıvraq qəsəbə sakini, 2000-ci il təvəllüdlü Məmmədova Xanım Müşviq qızı və Şərur rayonu Cəlilkənd sakini, 1981-ci il təvəllüdlü İsayev Yaməddin Şəmsəddin oğlu xəsarət alıblar, vəziyyətləri ağırdır.

Qəza zamanı Qıvraq qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məmmədov Emin Rza oğlu və 1974-cü il təvəllüdlü Məmmədzadə Davud Yaqub oğlu dünyasını dəyişib.

Qeyd edək ki, Emin Məmmədov və Xanım Məmmədova ər-arvaddılar. Eyni zamanda, E.Məmmədov Kəngərli rayonu Qıvraq qəsəbəsinin icra nümayəndəsi vəzifəsində çalışırdı.

0