15 yaşlı oğlan anasını niyə öldürüb?

HADİSƏ
18:18 / 04.07.2025
37

Məlum olduğu kimi, bu günlərdə Xaçmaz rayonunda dəhşətli hadisə yaşanıb. 

15 yaşlı oğlan anasını telefon üstündə qətlə yetirib. 

Yeniyetmələrin yaşıdlarına qarşı amansız davranışı zaman-zaman cəmiyyətdə müzakirələrə səbəb olur.  

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, övladın valideyni qətlə yetirməsi kədərli və ağır hadisədir: 

“Səbəb kimi deyilir ki, valideyn uşağın əlindən telfonu almaq istəyib, o isə belə hərəkət edib. Texnologiyanın müsbət tərəfləri ilə yanaşı, bu cür fəsadları da var. Valideyn o telefonu vaxtından onun əlində almalı idi. O uşaq telefona o qədər aludə olub ki, real həyatı unudub, bütün dünyanın həmin cihazdan ibarət olduğunu düşünür. 

O da məlumdur ki, bu gün elə oyunlar var ki, o oyunlar sayəsində uşaq öz doğmalarını belə yox saya, hətta öldürə bilər. Yenə deyirəm valideyn vaxtında uşağın telefonuna müdaxilə etməli idi. Yaxşı olar ki, valideynlər övladlarının telefonunu daim diqqətdə saxlasın, onların nəyə baxdığını, hansı oyunlar oynadığına fikir versin. Əgər təhlükəli oyunlar telefonda varsa valideyn dərhal onu telefondan silməlidir və bunun ziyanı ilə bağlı övladını maarifləndirməlidir”.

Sevinc

0