Bu günlərdə 24 yaşlı Günel Ağabəyli qayınatası tərəfindən 19 bıçaq zərbəsi ilə öldürülüb.
Təəssüf ki, qadın zorakılığı, qadın qətli bitmir. Mütəmadi olaraq, gənc bir xanımın, ananın amansızcasına qətlə yetirilməsinin şahidi oluruq. Acınacaqlı hal ondan ibarətdir ki, bu hadisələrə haqlı səbəb, don geyindirənlər az deyil.
Onlara görə qadın öldürülübsə,demək haqlı səbəb var imiş.
Kimisi gəncəcik qadını namussuzluqda, kimisi iffətsizlikdə, başqa birisi isə tərbiyəsizlikdə ittiham edir.
Maraqlı məqam ondan ibarətdir ki, bu cür ittihamlarla çıxış edənlər öldürülən qadını yaxından uzaqdan tanımır, sadəcə özlərinə görə iddia ilə çıxış edirlər.
Bəli, başqa ölkələrdə olduğu kimi ölkəmizdə də qadınlar fiziki, cinsi, iqtisadi, psixoloji zorakılığa məruz qalır.
Səbəb kimi onların qadın olaraq, dünyaya gəlməsi göstərilir.
Hər hansı bir səhv hərəkətinə görə ağır şəkildə cəzalandırılmasını məqbul bilinir.
24 yaşlı qadının qaynatası tərəfindən amansızcasına qətlə yetirilməsi çox ağır və ağrılı hadisədir.
Sevinc