Ağdam-Füzuli yolunda mikroavtobus aşdı, 20 nəfər xəsarət aldı

HADİSƏ
09:22 / 09.07.2025
67

Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə HİT.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Belə ki, iyulun 9-da saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində "Ford" markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

0