Bakıda evlərdən 30 min dollar, 25 min manat oğurlandı

HADİSƏ
12:39 / 15.07.2025
76

Bakının Nizami rayonundakı evlərin birindən oğurluq edilib.

HİT.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, rayonun Q.Qarayev prospektində yerləşən evdən 30 min dollar və 12 min manat oğurlanması barədə zərərçəkən şəxs polisə müraciət edib.

Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

Daha bir oğurluq hadisəsi Sabunçu rayonunda da baş verib.

Evlərin birindən 25 min manat və 20 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə daxil olmuş müraciət əsasında keçirilən tədbirlərlə əvvəllər dəfələrlə məhkum olunmuş 56 yaşlı İ.Çurin müəyyən edilərək saxlanılıb.

Abşeron rayonunda isə mağazaların birindən 1 400 manat oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 44 yaşlı R.Xəlilov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

0