Hər il dənizdə onlarla vətəndaşımız boğularaq həyatlarını itirir.
Təəssüf ki, statistika ilbəil artır. İnsanların dənizə batmasının səbəbi nədir?
Üzgüçülük mütəxəssisi Zaur Mahmudov Hit.az-a deyib ki, hər yay fəslində çimərlikdə boğulma halları yaşanır:
“Çimərliyə gedərkən ilk növbədə hava şəraitini nəzərə almaq lazımdır. Hava şəraiti əlverişli deyilsə çimərliyə getmək olmaz. Nəzarətsiz çimərliklərə getmək olduqca təhlükəlidir. Nəzarət olunan çimərliklərdə isə sualtı axınların istiqamətinə baxılır və suyun altında müşahidələr aparılır. İnsanlar dənizdə normal istirahət qaydalarını bilmirlər. Dənizdə ağır, yağlı yeməklər yeyib, spirtli içki qəbul edib , suya girənlər də az deyil. Dənizə girənlər yüngül qida qəbul etməlidir, spirtli içki isə ümunmiyyətlə olmaz”.
Sevinc