"Kaş Mehdini 20 dəqiqə yubadardım" - VİDEO

HADİSƏ
10:45 / 17.07.2025
75

Xəbər verdiyimiz kimi, iyulun 7-də Abşeron Gənclər şəhərciyində binalardan birində baş verən hadisədən sonra 9-cu sinif şagirdi olan Mehdi ağır yanıq xəsarəti alaraq həlak olub. Oğlundan bir gün sonra da ağır xəsarətlər alan anası Günel Əliyeva vəfat edib.

Qonşuların sözlərinə görə, Mehdigil ziyalı ailə olublar:

“Ziyalı ailə idilər. Mehdi ilə həyətdə 10-15 dəqiqə söhbət etdik. Hardasa 12 dəqiqə olardı biz aralanmışdıq, həmin hadisə baş verdi. Özümə deyirəm, kaş ki, onun vaxtını alardım, orada 20 dəqiqə yubadardım. Bəlkə onun başına bu hadisə gəlməyəcəkdi”.

Qeyd edək ki, hadisə zamanı mənzildə olan uşaqlardan biri sağdır. Partlayışa səbəb olan usta Novruz Əliyev də xəstəxanada dünyasını dəyişib. //Xəzər TV


 

0