Zaqatalada 24 yaşlı hərbçinin meyiti tapılıb.
HİT.az xəbər verir ki, rayona məzuniyyətə gələn N saylı hərbi hissənin hərbi qulluqçusu, Aşağı Tala kənd sakini 24 yaşlı Abbasov Aslan Xanlar oğlunun meyiti yaşadığı evdə aşkar edilib. Onun rayona məzuniyyətə gəldiyi bildirilir və intihar etdiyi ehtimal olunur.
Mərhum Naxçıvanda xidmət edirmiş. Faktla bağlı prokurorluqda araşdırma aparılır.
Qaynarinfo "Zaqatala news"a istinadən hərbçinin fotosunu təqdim edir.
