Yay aylarında yanğın təhlükəsi aktual olur.
İstər daşınmaz əmlakda , istərsə də meşədə, çöldə yanğın riski daha yüksək olur.
Təhlükəsizlik üzrə ekspert Nadim Hüseynli Hit.az-a deyib ki, yanğınların böyük əksəriyyətində insan amili dayanır:
“Yanğınlar böyük faciələrə səbəb ola bilər. Meşələrdə istirahət edən vətəndaşlar bəzən yandırdıqları ocağı söndürmürlər nəticədə ağaclar yanır. Ocaq qalanarsa, onun söndüyünə tam əmin olmaq lazımdır. İnsanlar evlərini tərk edərkən məişət cihazı və ya digər texniki avadanlıqları elektrik şəbəkəsindən ayırmalıdır. Bəllidir ki, yay mövsümündə tez-tez səfər edən insanlar bu məsələdə daha diqqətli olmalıdırlar”.
Sevinc