Gəncədə 22 yaşlı qız döyülərək öldürüldü - Şübhəli atasıdır

HADİSƏ
17:13 / 19.07.2025
54

Gəncə şəhər Bayan küçəsində 2003-cü il təvəllüdlü Həsənli Leyla Səməd qızı aldığı xəsarətdən dünyasını dəyişib.

“Qafqazinfo”nun məlumatına görə, onun atası tərəfindən döyülərək öldürüldüyü bildirilir.

Hadisəni törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Səməd Həsənli polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

0