"Xilasedici olmayan çimərliyə getmək... "

HADİSƏ
13:18 / 24.07.2025
147

Yay mövsümü başlayandan etibarən suda boğulma halları artıb. 

Buna səbəb isə çimərliklərə ciddi tələbatın olmasıdır. Əfsuslar olsun ki, boğulma halları əsasən pulsuz çimərliklərdə yaşanır. Buna səbəb həmin çimərlikdə xilasetmə xidmətinin olmamasıdır. Nəzarətsiz qalan insanlar müəyyən olunan limitləri keçdiyi üçün boğulurlar. Üstəlik, onları xilas edəcək kimsə də olmur. 

Mövzu ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Hit.az-a açıqlama verib. O bildirib ki, fəaliyyətinə icazə verilən çimərlikdirsə, orada xilasedici olmalıdır:

378621

"Təbii ki, insanlar da buna diqqət etməlidirlər. Yəni fəaliyyətinə icazə verilən çimərliklərə getmək lazımdır. Hansı çimərlikdə xilasetmə xidməti varsa, deməli, o çimərliklərin fəaliyyətinə icazə verilir. Xilasetmə xidməti də çox effektiv və peşəkar formada həyata keçirdiyi üçün onu statistika üzərindən deyə bilirik".

Ekspert qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidməti tərəfindən hər il yüzlərlə boğulma təhlükəsi yaşayan şəxs xilas edilir:

"Üstəlik, onların açıqladığı statistikada indiyə kimi 1 nəfərin belə boğulduğu qeyd olunmayıb. Bu da bir daha onu deməyə əsas verir ki, fəaliyyətinə icazə verilən çimərliklərə getmək daha təhlükəsiz hesab olunur.

Ümumiyyətlə, xilasedicilərin hamısı sertifikasiyadan keçən şəxslər olur. Onlar, çimərlikdə bu prosesə tam nəzarət edirlər. Bu səbəbdən. İnsanların xilasedicilərin olduğu çimərliklərə üz tutması təhlükəsizlik baxımından daha məqsədəuyğun hesab edilir". 

Pərviz
 

0