Birinci yarımildə 18 nəfər mina terrorunun qurbanı olub

HADİSƏ
16:27 / 24.07.2025
78

Ermənistan tərəfinin apardığı mina terroru nəticəsində 2025-ci ilin birinci yarımilində mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 18 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

HİT.az xəbər verir ki, bu barədə bu barədə Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə videokonfrans rejimində Azərbaycan Respublikasının Prokurorluğu orqanları tərəfindən 2025-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə və digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan Geniş Kollegiya iclasında məlumat verilib.

Məlumata görə, 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 400 şəxs bu terrorun qurbanı olub, onlardan 70 nəfəri həlak olub, 330 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb.

0