Bakıda məsciddə törədilən qətllə bağlı cinayət işi başlanıldı

HADİSƏ
11:42 / 28.07.2025
53

Bakıda məsciddə törədilən qətllə bağlı cinayət işi başlanılıb.

Bu barədə HİT.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, iyulun 26-da saat 05 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən “İmamzadə” məscidində 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1996-ci il təvəllüdlü Elvin Məmmədovun bıçaqla xəsarətlər yetirərək Nadir Səfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.
 

0