Bakı şəhər Sabunçu rayonunda 16 yaşlı qız itkin düşüb.
“Qafqazinfo” xəbər verir ki, Zabrat qəsəbəsi Şərifzadə küçəsində yaşayan 2009-cu il təvəllüdlü Fərqanə Həsənova iyulun 28-i yaşadığı evdən xəbərsiz çıxaraq itkin düşüb.
Faktla bağlı Sabunçu RPİ-nin 15-ci Polis Bölməsində araşdırma aparılır.