İyulun 29-na keçən gecə saat 1 radələrində Novxanı-Sumqayıt yolunda (Sahil küçəsi) baş vermiş ağır qəzanın görüntüləri yayılıb.
Görüntülərdən 1961-ci il təvəllüdlü İlqar İbrahim oğlu Quliyevin idarə etdiyi "Lexus” markalı 90-SS-344 nömrə nişanlı avtomobillə "Gəmi” restoranından çıxması, bu zaman 1990-cı il təvəllüdlü Əlfəddin Əlfəddin oğlu Əbdülhəsənovun sürdüyü "KİA” markalı 99-UJ-848 nömrəli maşının ona çırpılması məlum olur.
Hadisə nəticəsində avtomobillər tamamilə yararsız hala düşüb. Ə.Əbdülhəsənov və sərnişini olan Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Günel Bəylər qızı Hüseynova xəstəxanaya yerləşdiriliblər. Lakin az sonra G.Hüseynova vəfat edib. Ə.Əbdülhəsənovun vəziyyəti orta-ağırdır. Araşdırmalar davam etdirilir.//Qafqazinfo