Şəmkirdə dəhşətli qəza: 7 nəfər ölüb, 5 yaralı var

HADİSƏ
09:22 / 07.08.2025
88

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, qəza Bakı–Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, hərəkətdə olan mikroavtobus yük maşınına çırpılıb. Qəza nəticəsində 7 nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakıdan Qazaxa hərəkət edən "Mercedes" markalı "Sprinter" sərnişin mikroavtobusu yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində 7 nəfər hadisə yerində həyatını itirib. İlkin məlumata görə, ölənlərin əksəriyyəti qadınlardır.

Qəzada çox sayda sərnişin xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Şəmkir və Gəncə şəhər xəstəxanalarına çatdırılıb.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, araşdırma aparılır. Qəzanın səbəbləri dəqiqləşdirilir.

Qəza nəticəsində xəsarət alanlar:

- M.Qəribov – 1995-ci il təvəllüdlü, Ağstafa rayon sakini
- N.Qəribova – 2004-cü il təvəllüdlü, Ağstafa rayon sakini
- K.Məmmədov – 1969-cu il təvəllüdlü, Ağstafa rayon sakini
- Ş.Pənahova – 1975-ci il təvəllüdlü, Bakı şəhər sakini
- B.Gözəlova – 1970-ci il təvəllüdlü, Gürcüstan vətəndaşı

Yaralılardan K.Məmmədovun vəziyyəti ağır olduğundan o, Gəncə şəhər xəstəxanasına aparılıb.

Qəza nəticəsində ölənlər: 

- 1992-ci il təvəllüdlü Şadət Bayramov,
- 1975-ci il təvəllüdlü Bəsti Nəbiyeva,
- 1977-ci il təvəllüdlü Aydın Pənahov,
- 1962-ci il təvəllüdlü Qızxanım Tomayeva,
- 2008-ci il təvəllüdlü Kənan Məmmədov,
- 1978-ci il təvəllüdlü Fəxriyyə Novruzova
- 1966-ci il təvəllüdlü Arif Bağırov.
 

0