Yanğın zamanı nələr edilməlidir? - Ekspert DANIŞDI

HADİSƏ
11:53 / 12.08.2025
58

"Yanğın zamanı ilk növbədə yaranmış vəziyyəti düzgün qiymətləndirmək lazımdır".

Bu sözləri təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bundan sonra digər prosedurlar həyata keçirilməlidir:

"Əgər yanğın yeni başlayıbsa və onu ilkin od söndürmə vasitəsilə söndürmək olarsa, mütləq birinci növbədə od söndürmə vasitəsini götürüb yanğını söndürməyə cəhd etmək lazımdır. Bu yolla alovun qarşısını almaq olar".

379683

Ekspert atılacaq digər addımlardan da bəhs edib:

"Həmçinin, digər şəxsləri bu barədə məlumatlandırmaq və ilkin müdaxilə edərək yanğının daha geniş miqyasda yayılmasının qarşısını almaq mümkündür. Əgər yanğın artıq geniş əraziyə yayılıbsa və ilkin od söndürmə vasitəsilə söndürmək mümkün deyilsə, onda artıq insanların birinci növbədə təxliyyəsini həyata keçirmək lazımdır. Ondan sonra ilk öncə yanğın söndürmə biqadasına məlumat verilməlidir".

Mütəxəssis qeyd edib ki, daha sonra isə insanların təxliyyəsi həyata keçirilməlidir:

"Daha sonra əmlakın və gələn yanğın söndürmə qruplarına yanğın barədə məlumat vermək lazımdır. Yəni insanların hansı otaqlarda olduğu, içəridə qalan şəxslər və ümumi vəziyyət barədə məlumat verilməlidir. Eyni zamanda, yanğın hidratlarının yerini göstərmək və bu işləri koordinasiyalı həyata keçirmək lazımdır. 

Ona görə mütləq hər bir şəxsin yanğın söndürmə vasitələrindən ilkin istifadəyə dair bilik və bacarıqları olmalıdır. Çünki yanğına ilkin müdaxilə çox önəmlidir".

Pərviz
 

0