60 yaşlı kişi qətlə yetirildi - Bacısı oğlu saxlanıldı

HADİSƏ
11:57 / 20.08.2025
46

Xətai rayonu ərazisində 60 yaşlı Firdovsi Həsənovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

“Qafqazinfo”nun məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə zərərçəkmişin bacısı oğlu Rəhim Qasımov cinayətdə şübhəli şəxs kimi saxlanılıb.

Əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 32 yaşlı R.Qasımov istintaqa təhvil verilib.

Araşdırma aparılır.

0