Pəncərədən evə girib 7000 manat oğurladı

HADİSƏ
15:20 / 23.08.2025
57

Xəzər rayonunda evdən oğurluq edilib.

DİN-in mətbuat xidmətindən HİT.az-a bildirilib ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Naməlum şəxs gecə saatlarında qəsəbə sakinlərindən birinin evinin pəncərəsini qıraraq içəri daxil olar və 7000 manat oğurlayıb.

Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı X.Vüqaroğlu saxlanılıb.

0