Nitq qabiliyyəti olmayan kişi dənizdə boğuldu

HADİSƏ
10:03 / 25.08.2025
41

Astarada 72 yaşlı kişi dənizdə boğulub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Qamışoba kəndində baş verib.

Andadangəlmə eşitmə və nitq qabiliyyəti məhdud olan Ağarza Məmmədov dənizdə çimərkən boğulub.

Onun meyiti sudan çıxarılaraq təhvil verilib.

0