Altı ay komada qalan yeniyetmə vəfat etdi - FOTO

HADİSƏ
16:03 / 25.08.2025
44

Altı ay əvvəl Biləsuvar rayonunda avtomobil qəzasına düşən 14 yaşlı yeniyetmə vəfat edib.

Qaynarinfo Oxu.az-a istinadən xəbər verir ki, hadisə martın 1-də Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü E.Muradlı atasına məxsus “Niva” markalı avtomobildə olarkən idarəetməni itirib.

Yol kənarındakı işıq dirəyinə çırpılan avtomobil daha sonra aşıb. Qəza nəticəsində sürücü və maşında olan 2011-ci il təvəllüdlü sərnişin Tunar Əlizadə xəsarət alıblar. Hər iki yaralı təcili yardım vasitəsilə rayon xəstəxanasına çatdırılıb.

Sürücünün xəsarəti yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Qapalı kəllə-beyin travması alan Tunar Əlizadə daha sonra ixtisaslaşmış xəstəxanalardan birinə göndərilib. O, 6 ay komatoz vəziyyətdə olub və bu gün xəstəxanada dünyasını dəyişib.

380498

0