Yük maşınında yanmışdı - 2 ay sonra öldü

HADİSƏ
09:41 / 02.09.2025
57

2 ay əvvəl Saatlıda bədbəxt hadisə nəticəsində ağır yanıq xəsarətləri alan şəxs vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, Saatlı rayon Qaracalar kənd sakini 1952-ci il təvəllüdlü Teyyub Ağayev iyulun 2-də yük avtomobilindəki ot bağlamasının elektrik naqilinə toxunmasından sonra ağır yanıq xəsarətləri alıb.

O, avqustun 31-də müalicə aldığı Nərimanov Tibb Mərkəzində vəfat edib.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.

0