Naxçıvanda ağır qəza - 16 yaşlı qız öldü

14:28 / 03.09.2025
275

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Aza kəndi ərazisində “Hyundai” markalı avtomobil yolu keçmək istəyən 16 yaşlı Seyidzadə Fatimə Qasım qızını vurub.

Ağır xəsarətlər alan piyada xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

0