Narkotik təsiri altında maşın idarə edib əmrə tabe olmadı - Saxlanıldı

HADİSƏ
09:26 / 04.09.2025
58

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb.

HIT.az xəbərə verir ki, Naxçıvan şəhəri ərazisində hərəkətdə olan “Saipa Tiba” markalı avtomobilin sürücüsünə qayda pozuntusuna yol verdiyi üçün saxla işarəsi verilib.

Həmin nəqliyyat vasitəsini idarə edən Arzu Səfərovun  narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinənin nəticəsinə əsasən A.Səfərovun narkotik vasitə istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.

0