Dünən gecə saatlarında Şahbuz rayonunun Ayrınc kəndində yerləşən istirahət mərkəzlərinin birində su hövzəsi üzərində yerləşən platformanın aşması nəticəsində bir ailənin 2 üzvü – valideyn və azyaşlı övladı həlak olub.
Ən dəhşətlisi isə odur ki, faciənin acısını yaşayan azyaşlının nənəsi baş verən hadisənin şokundan dünyasını dəyişib.
Eyni zamanda hadisə yerinə gələn digər ailə yaxınları da qəzaya düşərək müxtəlif bədən xəsarətləri alıblar.
Hazırda ərazidə istintaq aparılır.