Bakıda mikravtobus qəzaya düşdü: 19 nəfər xəsarət aldı - YENİLƏNİB

HADİSƏ
12:42 / 08.09.2025
51

Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə sentyabrın 8-də saat 06:30 radələrindən etibarən 19 nəfər (18 qadın cinsli, 1 kişi cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə HİT.az-a TƏBİB-dən bildirilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 12 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda tibb müəssisəsində 7 nəfərin müayinə və müalicəsi davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.
 

10.03

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un əldə etdiyi xəbərə görə, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.

Sərnişin daşıyan mikroavtobusla minik avtomobili toqquşub. Nəticədə 10-dan çox xəsarət alan var. Yaralılar xəstəxanaya çatdırılıb.

Fatkla bağlı araşdırma aparılır. 

0