Lənkəranda vəkil qəzaya düşdü - FOTO

HADİSƏ
16:04 / 08.09.2025
65

Lənkəranda yol-nəqliyyat qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin “Kiçik bazar” adlanan dənizkənarı ərazisində qeydə alınıb.

Hadisə nəticəsində “Land Rover” və “KİA” markalı minik avtomobilləri toqquşub.

Qəzada “Land Rover”in sürücüsü, 1973-cü il təvəllüdlü rayon sakini Elçin Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Lənkəranda tanınmış vəkil olan E. Ağayev müğənni Cavad Rəcəbovun yeznəsidir.

0