Evdə qaz sızmasının qarşısını almaq üçün nə etmək lazımdır?

HADİSƏ
12:52 / 09.10.2025
90

"Evdə qaz sızmasının qarşısını almaq üçün bəzi nüanslara diqqət yetirmək lazımdır". 

Bu sözləri təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, birinci növbədə qaz təsərrüfatının saz vəziyyətdə olmasına diqqət edilməlidir:

"Ümumiyyətlə, qaz təsərrüfatının çəkilməsi, texniki xidməti, hər hansı bir təmir işlərinin aparılması mütləq ixtisaslaşmış müəssisə tərəfindən həyata keçilməlidir. Yəni kənar şəxslər tərəfindən və yaxud da dosta, qohuma, tanışa demək doğru deyil. Bu, təhlükəsizlik baxımından yolverilməzdir. 

Eyni zamanda, "bu işi bacarır, anlayışı var" deyərək qeyri-peşəkardan dəstək almaq tövsiyə olunmur. Qaz xətlərinin çəkilməsi, hansısa təmir, yerdəyişmənin edilməsini və ya texniki qulluq göstərilməsi mütəxəssislər tərəfindən həyata keçirilməlidir".

383662

Ekspert qeyd edib ki, evdə qaz dedektoru da olmalıdır:

"Evdə qaz sızması əleyhinə detektorun olması mütləqdir. Bu, təhlükəsiz cəhətdən çox faydalıdır. Çünki qaz sızması anında detektor klapanı bağlayır və qazın axını dayanır. Üstəlik, evdəkilərin də bununla bağlı məlumatı olur. Konkret olaraq, bir bədbəxt hadisənin baş verməsinin qarşısı alınır". 

Mütəxəssis sözlərini belə yekunlaşdırıb:

"Ona görə qaz təsərrüfatı olan yerdə və məişətdə həm qaz sızması əleyhinə olan detektor, həm də dəm qazı əleyhinə olan detektor olmalıdır. Dəm qazı əleyhinə olan detektor da eyni qaydada dəm qazı meydana gələndə siqnalizasiya işə düşür. O zaman da istifadəçinin də məlumatı olur və bədbəxt hadisənin qarşısı alınır". 

Pərviz

0