Bu gün Tovuzda törədilmiş qətllə bağlı bəzi məqamlar üzə çıxıb.
“Qafqazinfo” xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinən 32 yaşlı Səbuhi Hacızadə Monteneqroda işləyirmiş.
O, 4 ay imiş həmin ölkədə çalışırmış və dünən Azərbaycana qayıdıb.
Bundan sonra Səbuhi qayınatasının Tovuzun Əyyublu kəndində yerləşən evinə gedərək orada həyat yoldaşı Mətanətə hücum edib. Onun öz həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirdiyi bildirilir.
Hadisədən sonra S.Hacızadə paylaşdığı videoda arvadını öldürdüyünü etiraf edib və öz həyatına da son qoyacağını deyib.
Hələlik ondan xəbər almaq, taleyi barədə məlumat öyrənmək mümkün olmayıb.