Qadının öldüyü qəza ilə bağlı hökm oxundu

HADİSƏ
13:35 / 18.10.2025
45

Sabunçu rayonu Maştağa-Buzovna şossesində ağır yol qəzası törədən sürücüyə hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, 1973-cü il təvəllüdlü Kəmalə Şəfaqət qızı Şirinovanın ölümü ilə nəticələnən qəzanı törədən 55 yaşlı Vüqar Behbudova 5 il 1 ay həbs cəzası verilib. O, oktyabrın 15-i məhkəmə zalındaca qandallanıb. Təqsirləndirilən şəxsin həbsdən sonrakı dövrdə 1 il 9 ay avtomobil idarəetmə hüququ da məhdudlaşdırılıb.

Bildirilib ki, hadisə vaxtı Vüqarın sükanı arxasında olduğu “Chevrolet Cruze” saatda 83 kilometr sürətlə hərəkət edirmiş. Bu zaman avtomobil qarşısına çıxan Kəmalə Şirinovanı vurub. Şok vəziyyətində xəstəxanaya çatdırılan qadın 2 gün sonra ölüb.

Mərhumun həyat yoldaşı bildirib ki, hadisəni törədən sürücü qəzadan sonra onlara heç bir maddi dəstək göstərməyib, barışığa cəhd etməyib.

0