ANAMA-nın əməkdaşı Xocavənddə minaya düşdü, ayağı amputasiya edildi

HADİSƏ
13:36 / 20.10.2025
47

İşğaldan azad edilmiş Xocavənd rayonunun Tağaverd kəndi ərazisində bu gün mina hadisəsi baş verib.

Bu barədə HİT.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, ekskavator operatoru vəzifəsində çalışan agentliyin əməkdaşı, 1967-ci il təvəllüdlü İlqar Vəli oğlu Şirinov xidməti vəzifəsini yerinə yetirərkən baş verən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

O, hadisə yerindən təxliyə edilərək, rayon xəstəxanasına çatdırılıb.

Xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya edilib, vəziyyəti stabildir.

0