Toyuna sayılı günlər qala meyiti tapılan Ləmanın fotoları

HADİSƏ
09:41 / 21.10.2025
114

Xəbər verdiyimiz kimi, oktyabrın 18-nə keçən gecə Mingəçevirdə 19 yaşlı Ləman Məmmədlinin meyiti şəhərin Günəşli Bağlar adlanan ərazisində asılı vəziyyətdə tapılıb.

“Qafqazinfo”nun məlumatına görə, sosial şəbəkələrdə mərhumun gəlinlikdə fotoları yayılıb.

Bildirilib ki, Ləman 35 yaşlı kişi ilə nişanlı imiş və bir neçə gün əvvəl onların qız toyu olub, noyabrın 1-də isə oğlan toyu planlaşdırılırmış.

Hadisədən əvvəl isə qız toyundakı gəlinliyin kürək nayihəsinin açıq olmasına görə bəylə gəlin arasında mübahisə yaşandığı və bundan sonra Ləmanın canına qıydığı iddia edilir.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.

0